22 İyul Azərbaycan jurnalistləri üçün ən əlamətdar tarixlərdən biridir. Bu gün milli mətbuatımızın yaranmasının ildönümü kimi qeyd olunur və jurnalist peşəsinə verilən dəyərin, söz azadlığının və maarifçilik ənənələrinin təntənəsidir. Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlayan bu yol bu gün müasir informasiya texnologiyalarının tətbiq olunduğu güclü media sisteminə çevrilib.
Azərbaycan jurnalistləri tarix boyu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Onlar cəmiyyət üçün vacib hadisələri işıqlandırıb, insanların problemlərini gündəmə gətirib, milli maraqların müdafiəsinə öz töhfələrini veriblər. Xüsusilə son illərdə rəqəmsal medianın inkişafı jurnalistlərin fəaliyyət imkanlarını daha da artırıb.
Jurnalist peşəsi daim yeniliklərə açıq olmağı, araşdırma aparmağı, dəqiqliyi və obyektivliyi tələb edir. Məhz bu keyfiyyətlər peşəkar medianın əsas üstünlüyüdür. Gələcəkdə də Azərbaycan mətbuatının bu ənənələri qoruyaraq daha böyük uğurlar qazanacağına inam böyükdür.
Təbrik: 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın bütün jurnalistlərini, redaktorlarını, aparıcılarını, operatorlarını, fotojurnalistlərini, dizaynerlərini, texniki heyətini və media sahəsində çalışan hər kəsi səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, bol yaradıcılıq, peşə fəaliyyətlərində yeni nailiyyətlər və həmişə həqiqətin keşiyində dayanmağı arzulayırıq. Milli mətbuatımızın inkişaf yolu daim açıq və uğurlu olsun!
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
