Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Polisə müraciət edən zərərçəkən yaşadığı evdən ümumi dəyəri 2000 manat olan qızıl-zinət əşyalarının və 800 ABŞ dolları məbləğində pulun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Onun zərərçəkənin qohumu, 28 yaşlı L.Əhmədzadə olduğu məlum olub.
Araşdırma zamanı saxlanılan şəxsin qonaq olduğu evdən müəyyən vaxtlarda hissə-hissə oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

