2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 14-18 iyul aralığında keçirilib. Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə test imtahanları 1 imtahan mərkəzində təşkil olunub.
Qeyd edək ki, test imtahanının son günü üzrə apellyasiya müraciətlərinin qəbulu 19 iyul saat 12:00-dan etibarən başlayacaq.
Müsabiqənin növbəti mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #MİQ #MüəllimlərinİşəQəbulu
