Görüşdə STEAM fənninin tədrisi zamanı qarşıya çıxan çətinliklər, əldə olunan nailiyyətlər, şagird nailiyyətlərinin artırılması və tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.
Həmçinin müəllimlərin ixtisasartırma təlimlərinə fəal cəlb olunmasının, peşəkar bilik və bacarıqlarının davamlı inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Növbəti tədris ilində STEAM fənninin tədrisi üzrə monitorinq və nəzarət tədbirlərinin genişləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində sistemli fəaliyyətin davam etdirilməsi nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçılar tərəfindən STEAM təhsilinin inkişafına dair təklif və tövsiyələr səsləndirilib.
