Sizin reklam burada
Sizin reklam burada

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır


Gənc yaşlarda qazlı və digər şəkərli içkilərin müntəzəm istehlakı sonrakı illərdə yüksək qan təzyiqi riskini artırır.

Bununla bağlı ABŞ-da 25 mindən çox insanın iştirakı ilə 25 il ərzində araşdırma aparaılıb.

Nəticələr göstərib ki, gündə iki dəfə və ya daha çox şəkərli içki qəbul edənlərdə hipertoniya riski həftədə üç dəfədən az içənlərlə müqayisədə 52 faiz yüksəkdir. Gündə təxminən 350 ml qazlı içki içmək bu riski 23 faiz, hər gün idman içkisi qəbul etmək isə 36 faiz artırır.

Araşdırmanın aparıcı müəllifi Vasanti Malik bildirib ki, yüksək qan təzyiqi artıq yalnız yaşlıların problemi deyil. Onun sözlərinə görə, sağlam qidalanma vərdişləri uşaqlıq dövründən formalaşdırılmalıdır.

Mütəxəssislər riski azaltmaq üçün şəkərli içkilər əvəzinə su, süd və ya təzə meyvəyə üstünlük verilməsini, meyvə şirəsi istehlak ediləcəyi halda isə 100 faiz təbii məhsulların seçilməsini tövsiyə edirlər.

Qeyd edək ki, araşdırma “Science Daily” jurnalında dərc olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ