Göyçay, Kürdəmir, Ucar və Yevlax rayonlarında yerli icra hakimiyyətlərinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən aksiyada ümumilikdə 3000-ə qədər müxtəliv növ ağac tingi əkilib.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi etdiyi dövrdə həyata keçirilən aksiyaların məqsədi ekoloji davamlılıq, yaşıllıq zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
#YaşılDünyaNaminəHəmrəylikİli #COP29 #COP29Azərbaycan #COP29Azerbaijan
