Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasına səs verib.
Oktyabrın 26-da keçirilən iclasda qəbul olunan qərara əsasən, hərbi vəziyyət və səfərbərlik rejimi 2026-cı il oktyabrın 31-dən 2027-ci il yanvarın 29-dək uzadılacaq.
Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi vəziyyətin uzadılmasını nəzərdə tutan 16182 nömrəli qanun layihəsini 293 deputat dəstəkləyib.
Səfərbərliyin uzadılmasını nəzərdə tutan 16183 nömrəli qanun layihəsinin lehinə isə 281 deputat səs verib.

