Nyu-York Ticarət Birjasının bölməsi olan Comex birjasında 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək troya unsiyası üçün 4900 dolları keçib.
Bu ticarət platformasının məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 21:35-ə olan məlumata görə, qızılın qiyməti troya unsiyası üçün 4900,6 dollar təşkil edib ki, bu da 1,3% artım deməkdir. Bakı vaxtı ilə saat 21:43-ə qədər qiymətli metalın qiyməti 1,33% yüksələrək troya unsiyası üçün 4902 dollara çatıb.
Eyni zamanda, 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti 3,91% artaraq troya unsiyası üçün 96,26 dollar səviyyəsinə yüksəlib və bu göstərici də yeni tarixi maksimum olub.
