Sizin reklam burada
Sizin reklam burada

Putindən Qərbə SƏRT XƏBƏRDARLIQ - “Kalininqrada hücum edilərsə...”

Putindən Qərbə SƏRT XƏBƏRDARLIQ - “Kalininqrada hücum edilərsə...”


"Kalininqrada hücum olacağı təqdirdə Rusiyanın bütün silah arsenalı tətbiq olunacaq".

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskusiya klubunun plenar iclasında bəyan edib.

“Biz heç kəsi qorxutmuruq. XİN-in dediyiniz bəyanatları və XİN-in bəzi ölkələrə göndərdiyi məktublar qorxutmaq deyil. Bu, bizi qorxutmaq cəhdinə cavabdır”, – o bildirib.

Putin qeyd edib ki, vəziyyət gərginləşəcəyi təqdirdə Rusiyanın cavabı qaçılmazdır. Məhz buna görə də o, “mövcud bütün qüvvə və vasitələrin tətbiqi məsələsini qaldırmağı” zəruri hesab edir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, nüvə silahının tətbiqi şərtləri Rusiya Federasiyasının doktrina sənədlərində dəqiq müəyyənləşdirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ