Sizin reklam burada
Sizin reklam burada

Putin Trampın xanımına müraciət etdi - “Heç bir istehza olmadan...”

Putin Trampın xanımına müraciət etdi - “Heç bir istehza olmadan...”


Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın birinci xanımı Melaniya Trampa humanitar fəaliyyətinə görə təşəkkür edib.

Rusiya dövlət başçısı müvafiq bəyanatla “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının plenar sessiyasındakı çıxışı zamanı çıxış edib.

“Biz ABŞ-ın birinci xanımına humanitar sahədə gördüyü işlərə görə minnətdarıq. Tamamilə səmimi şəkildə, heç bir istehza olmadan deyirəm”, – o qeyd edib.

Rusiya lideri həmçinin ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin nizamlanması istiqamətindəki səylərinə görə minnətdarlığını ifadə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ