Sizin reklam burada
Sizin reklam burada

Rusiya iqtisadiyyatı çökür - "Payız defoltları" dalğası olacaq?

Rusiya iqtisadiyyatı çökür - "Payız defoltları" dalğası olacaq?


Ukrayna ilə davam edən müharibənin maliyyələşdirilməsi xərcləri artmaqdadır. Xərclərin artması prosesi davam etdiyi üçün Rusiya iqtisadiyyatı getdikcə daha çox təzyiq altında qalır.

Bu barədə "Politico" məlumat yayıb. Nəşrin məlumatına görə, iqtisadi gərginliyin son əlamətlərindən biri müharibə üçün açıq şəkildə vəsait toplamaq məcburiyyətində qalan Maliyyə Nazirliyi ilə hərbi kampaniyanı maliyyələşdirmək üçün getdikcə daha yüksək faiz dərəcələri tələb edən ən böyük banklar arasındakı qarşıdurmadır.

Xüsusilə, Maliyyə Nazirliyi bir sıra hərracların özünə alıcılar cəlb edə bilməməsindən sonra istiqraz satışlarının dayandırıldığını elan etməsi diqqət çəkən məqamdır. Müəllif qeyd edib ki, dövlət istiqrazlarının gəlirliliyi hazırda 13%-dən 17%-ə qədər dəyişir və Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini aşağı salsa, bu rəqəm azala bilər. Hazırda əsas faiz dərəcəsi 14,25%-dir.

Rusiyanın ən böyük biznes lobbisi olan Rusiya Sənayeçi və Sahibkarlar Birliyi, xəbərdarlıq edib ki, əgər mərkəzi bank faiz dərəcələrini aşağı salmasa, "payız defoltları" dalğası başlaya bilər. İlk altı ayda korporativ iflasların sayı artıq təxminən 11% artıb.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun analitiki Yanis Klugenin sözlərinə görə, Kreml əslində bu il hərbi xərcləri azaltmağı planlaşdırırmış. Lakin bu planlamaların əvəzinə xərclər kəskin şəkildə artaraq ikinci rübdə hökumət xərclərinin təxminən yarısını təşkil edib.

Kluge qeyd edib ki, əslində istiqraz bazarında yaranmış çıxılmaz vəziyyət iqtisadi çöküşün göstəricisi sayılmır. Amma proses digər arzuolunmaz hadisələrlə paralale gedir. Məsələn, Rusiya maliyyə bazarlarındakı digər "stress" əlamətləri buna misaldır. Xüsusilə, Rusiyanın əsas neft fond indeksi son iki ayda Ukraynanın neft emalı zavodlarına dron hücumları reallaşdırması səbəbindən 30% düşüb.

  • Sosial şəbəkədə paylaş