Ermənistan müstəqilliyini itirmək və Ukraynanın taleyini təkrarlamaq riski ilə üzləşə bilər.
Bunu "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov deyib.
"Rusiya qoşunlarının Şərqi Avropadan çıxarılmasından sonra Qərb region ölkələrini Moskvanın düşmənlərinə çevirdi və indi də eyni şeyi Ermənistana qarşı etməyə çalışır”, - Kiselyov bildirib.
Kiselyov Ermənistanın müttəfiqlərini dəyişdirmək istəyindən deyil, böyük siyasətdə öz yerini müstəqil şəkildə müəyyən edə biləcəyinə əminliyindən təəccüblənir.

