13 mart 2025-ci il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan rayon Təhsil sektorunun Akt zalında X-XI sinif şagirdləri arasında "Şahin" hərbi-idman oyununun rayon mərhələsinin keçirilməsinə hazırlıq məqsədilə tam orta məktəblərin hərbi rəhbərləri ilə görüş keçirilib.
Görüş zamanı "Şahin" hərbi-idman oyununun Əsasnaməsində edilən dəyişikliklər barədə fikir mübadiləsi aparılıb və hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.
#AZEgənclər #AZEidman #birkimibirlikdə
