16 iyul 2025-ci il tarixində Ağsu rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyi münasibətilə həvəskarlar arasında nərd üzrə rayon turniri keçirildi.
Yarışın açılış mərasimində çıxış edənlər turnirin keçirilmə məqsədi və qaydaları ilə bağlı iştirakçıları məlumatlandırdı.
Sonda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldı.
#AZEgənclərvəidman #birkimibirlikdə #DŞRGİİ
