????️16 iyul 2025-ci il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaq və yeniyetmələr üçün Günərzi yay düşərgəsi təşkil olunub.
????Düşərgənin əsas məqsədi uşaqların yay tətilini səmərəli və əyləncəli keçirməsini təmin etmək, onların sosial bacarıqlarını və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək olub.
????Tədbir çərçivəsində uşaqlarla “Mən kiməm?” və digər əyləncəli, həmçinin maarifləndirici oyunlar oynanılıb. Oyunlar vasitəsilə uşaqların diqqət, məntiq, komanda ilə işləmə və ünsiyyət bacarıqları stimullaşdırılıb.
✨Tədbirin sonunda iştirak edən uşaqlara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar???? təqdim olunub.
#AZEgənclər #AZEidman #birkimibirlikdə
