Sizin reklam burada
Sizin reklam burada

"Formula 1" Azərbaycan Qran-Prisinə bu gün yekun vurulur

"Formula 1" Azərbaycan Qran-Prisinə bu gün yekun vurulur

Bakıda təşkil olunan "Formula 1" Azərbaycan Qran-Prisi bu gün başa çatacaq.

Yarışın son günündə azarkeşlər trekdə "Formula 2" və "Formula 1" üzrə iki əsas mübarizəni izləyəcəklər.

Əvvəlcə saat 11:00-da "Formula 2" pilotları ikinci əsas yürüş üçün mübarizəyə başlayacaqlar. Bu yarış saat 12:05-də yekunlaşacaq.

Günün əsas hadisəsi isə "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Pilotların mübarizəsi saat 15:00-da başlayacaq və 17:00-dək davam edəcək.

"Formula 1" yarışında start düzülüşü sıralama turunun nəticələrinə əsasən müəyyənləşib. Mübarizəyə "Mercedes"in pilotu Corc Rassell ilk sıradan başlayacaq. "Ferrari"nin sürücüsü Şarl Lekler ikinci, "McLaren"in təmsilçisi Oskar Piastri isə üçüncü yerdə qərarlaşıb.

İlk onluqda İsak Hacar ("Red Bull"), Lando Norris ("McLaren"), Lyuis Hemilton ("Ferrari"), Pyer Qasli ("Alpine"), Maks Ferstappen ("Red Bull"), Karlos Sayns ("Uilliams") və Esteban Okon ("Haas") da yer alıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ