Bu gün, iyunun 6-da BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
Bu barədə məlumat BMT-nin saytında dərc edilib.
Qeyd olunur ki, iclasda əsas diqqət Ukraynadakı müharibədə baş verən seksual zorakılıq hallarına ayrılacaq.
BMT-nin iclasında Münaqişələrdə Seksual Zorakılıq üzrə Xüsusi Nümayəndə Pramilla Patteninin, həmçinin Ukrayna və ABŞ vətəndaş cəmiyyətinin nümayəndələrinin çıxışları planlaşdırılır.
Təhlükəsizlik Şurasının iclasında Avropa Şurasının rəhbəri Şarl Mişelin də iştirakı gözlənilir.
