Sizin reklam burada
Sizin reklam burada

NATO Avropa ölkəsində genişmiqyaslı hərbi təlimlərə başladı

NATO Avropa ölkəsində genişmiqyaslı hərbi təlimlərə başladı


Polşada "Anakonda-23" adlı genişmiqyaslı hərbi təlimlər keçirilir.

Publika.az xəbər verir ki, təlimlər mayı 2-dən 26-dək davam edəcək. Bu 2023-cü ildə ən böyüyük təlimləri olacaq.

Manevrlərdə Polşa ordusunun 12 min hərbçisi, NATO-nun və Alyansın müttəfiq ölkələrinin yüzlərlə hərbçisi iştirak edəcək.

Hərbçilər yerli sakinləri qoşunların hərəkəti ilə bağlı fotoşəkilləri və məlumatları dərc etməməyə çağırıb.

Həmçinin, sürücülərdən yolda hərbi texnika ilə rastlaşdıqda xüsusilə diqqətli olmaları xahiş olunur və konvoyla hərəkət edən avtomobillərin arasına daxil olmağın qadağan edildiyi xatırladılır.

  • Sosial şəbəkədə paylaş