İranın şimal-qərbindəki Təbriz və ölkənin cənubundakı Sirik şəhərləri yaxınlığın partlayışlar baş verir.
Bu barədə "Reuters" agentliyi İran mənbələrinə istinadla məlumat yayıb.
"Tasnim" agentliyi Təbrizdən qərbdə, "Fars" isə Sirik rayonunda baş verən partlayışlar barədə məlumat yayır.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı amerikalı hərbçilərin ardıcıl on birinci gecədir ki, İran obyektlərinə zərbələr endirdiyini bəyan etmişdi.
