Sizin reklam burada
Sizin reklam burada

Zelenski G7 sammitində şəxsən qatılacaq?

Zelenski G7 sammitində şəxsən qatılacaq?
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 19-da Yaponiyanın Xirosima şəhərində başlayacaq G7 sammitində şəxsən qatıla bilər.

Bu barədə Ukrayna Prezident Ofisinin rəis müavini İqor Jovkva bildirib.

O qeyd edib ki, Zelenskinin Yaponiyaya mümkün səfəri ilə bağlı qərar hərbi vəziyyətdən asılı olaraq veriləcək.

Qeyd edək ki, G7 sammiti 19-21 may tarixlərində baş tutacaq. ABŞ Prezidenti Co Bayden artıq tədbirə gəlib.

  • Sosial şəbəkədə paylaş