Sizin reklam burada
Sizin reklam burada

NATO PA Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı kimi tanıdı

NATO PA Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı kimi tanıdı



NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı, Rusiya hakimiyyətini isə irqçi (raşist) kimi tanıyıb.

Bu barədə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernov məlumat verib.

O bildirib ki, Lüksemburqda keçirilən assambleyanın sessiyasında bəyannamə yekdilliklə qəbul edilib.

“Bundan başqa, NATO PA öz ölkələrinin hökumətlərini Vilnüs sammitində Ukraynanın Alyansa üzv olacağını açıq şəkildə bəyan etməyə və Ukraynanın NATO-ya daxil olması üçün növbəti konkret addımları razılaşdırmağa çağırıb”, - Çernev qeyd edib.

O, bəyannaməni Ukraynanın diplomatik qələbəsi adlandırıb.

  • Sosial şəbəkədə paylaş