Rusiya Suriyanın Holan yüksəkliklərinə əlavə qüvvələr yeridir.
Publika.az xəbər verir ki, bu barədə İran mənbəsi məlumat yayıb.
Rusiyanın Holan yüksəkliklərində mövcudluğunun yaradılması qərarı Moskvanın İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləməsindən sonra verilib.
Bu, bəlkə də təkcə Təl-Əvivə deyil, Vaşinqtona da son dərəcə ciddi xəbərdarlıqdır. Eyni zamanda, belə bir addım Moskvanın bütün Yaxın Şərqdə, yəni sünni və şiə İslam dünyasında siyasi çəkisini xeyli gücləndirir.
