Sizin reklam burada
Sizin reklam burada

Digər məhbuslar linç edə bilər: Görün “Crocus” terrorçularını harada saxlayırlar

Digər məhbuslar linç edə bilər: Görün “Crocus” terrorçularını harada saxlayırlar

“Crocus City Hall”a hücum edən terrorçular Lefortovo istintaq təcridxanasında karserdə saxlanılır.

Publika.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb. İlkin məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onların başqa məhbuslar tərəfindən linç ediləcəyindən qorxurlar.

Kanalın aydınlaşdırdığı kimi, ilkin olaraq Şəmsidin Fariduni, Dalerjon Mirzoev, Muhammadsobir Fayzov, Rachabalizod Saidakrami və digərləri karantinə görə karserdə olublar.

"Bundan sonra iki və ya dörd nəfərlik daha böyük kameralara köçürülməli idilər, lakin bu baş vermədi", - “Mash” qeyd edib.

Bildirilir ki, onların təhlükəsizliyi nəzərə alınaraq, karserdə qalmalarına qərar verilib.

  • Sosial şəbəkədə paylaş