Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) çıxışa və plenar iclasda müzakirələrdə iştirak etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Prezident Sankt-Peterburq İqtisadi Forumuna hazırlaşır, bilirsiniz ki, onun forumdakı çıxışı, həmçinin prezidentin plenar iclasda müzakirələrdə iştirakı ənənəvi olaraq hazırlanır”, - Peskov jurnalistlərə bildirib.
O, həmçinin əlavə edib ki, Putinin SPİEF çərçivəsində yeni beynəlxalq əlaqələri qurması gözlənilir.
Qeyd edək ki, sözügedən forum iyun ayının 5-dən 8-dək Sankt-Peterburqda keçiriləcək.
