Moskva yaxınlığındakı Mıtışidə bir qrup tacikistanlı miqrant "Şəriət patrulu" təşkil edib.
Publika.az xəbər verir ki, onlar yoldan keçənlərə, o cümlədən qızlara görünüşlərinə görə hücum ediblər. Bu barədə “Tsargrad” məlumat yayıb.
Nəşrin məlumatına görə, miqrantlar bir neçə skuter sındırıb, narkotik vasitələri reklam edib, həmçinin qısa ətəkli qızları küçələrdə saxlayıb, İslam qanunlarının qadınların təvazökar geyinməsini tələb etdiyini izah edərək, onlardan “layiqli geyinmələrini” tələb ediblər.
Yerli sakinlər yaşadıqları ərazidə “Şəriət patrulu”ndan kütləvi şəkildə şikayət etməyə başlayıblar. Nəticədə cinayət işi açılıb.
