Sizin reklam burada
Sizin reklam burada

Zelenski Belarusla sərhədin qorunmasından narahatdır

Zelenski Belarusla sərhədin qorunmasından narahatdır




Ukrayna prezidenti Vladimir Zelenski Volın vilayətinə səfər edib.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Telegram” kanalında qeyd edib.

O, ölkənin şimal bölgələrində təhlükəsizlik mövzusunda müşavirə keçirib. Zelenski Belarus və Rusiya ilə həmsərhəd ərazilərdə dövlət sərhədinin mühafizəsini müzakirə edib. Onun sözlərinə görə, Ukrayna sərhədi möhkəmləndirməyə davam edəcək.

İyulun 14-də Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bildirib ki, Minsk dərhal Ukrayna sərhədinə əvvəllər yerləşdirilmiş əlavə hərbi hissələri geri çəkməyə başlayacaq. O, həmçinin cənub istiqamətində gərginliyin azaldığını qeyd edib.

  • Sosial şəbəkədə paylaş