“Hizbullah” İsraili cəzalandırmaq üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, bu barədə Telegram kanalları xəbər yayıb.
Məlumata görə, İsrailin Hayfa və Akko şəhərlərində raket partlayışı səsləri eşidilir. İsrail səmasında pilotsuz təyyarələrin fotoları yayılır.
Xatırladaq ki, bu hücum HƏMAS-ın siyasi liderinin öldürülməsi və İsrailin Beyruta hücumuna cavab olaraq həyata keçirilib.
