Fələstin Administrasiyasının Qəzza zolağında qaçqınların öz evlərinə qayıtması, eləcə də döyüşlər nəticəsində dağılmış anklavın tam yenidən qurulması planı var.
Publika.az xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas TASS agentliyinə müsahibəsində bildirib.
“Qəzza zolağında məsuliyyəti öz üzərinə götürmək fürsətini gözləyən Fələstin hökuməti qaçqınların geri qaytarılması planını, eləcə də anklavın yenidən qurulması proqramını təqdim edib”, - o vurğulayıb.
Onun sözlərinə görə, sözügedən plana xəstəxanaların, məktəblərin, elektrik və su təchizatının bərpası daxildir. Fələstin Prezidentinin qeyd edib ki, planı həyata keçirmək üçün İsrail bölmələrinin Qəzza zolağından tamamilə çıxarılması lazımdır.
Bundan əvvəl Abbas vurğulamışdı ki, Fələstin bölgədəki vəziyyətin nizamlanması üçün sülh konfransı zamanı İsraillə yekun status danışıqlarına hazır olduğunu bildirib.
