Sizin reklam burada
Sizin reklam burada

Çanaqqala boğazı bağlandı

Çanaqqala boğazı bağlandı
Türkiyənin Çanaqqala vilayətinin mərkəzə yaxın bölgəsində meşə yanğını baş verib.

Əkin sahəsindən meşəyə keçən yanğın güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb.

Bəzi yerlərdə insanlar təxliyə olunub.

Yanğına hava və qurudan müdaxilə edilir. Yanğınsöndürmə təyyarələrinin işinə mane olmamaq üçün Çanaqqala boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

  • Sosial şəbəkədə paylaş