Sizin reklam burada
Sizin reklam burada

Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi

Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi


Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ukraynaya rəsmi səfər edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Fidan Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və digər yüksəkvəzifəli rəsmilərlə görüşəcək. Görüşlərdə Qara dənizin təhlükəsizliyi, Türkiyə-Ukrayna münasibətləri və Azad Ticarət Sazişinin icrası müzakirə olunacaq.

Həmçinin iqtisadiyyat, energetika və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsinin aparılması gözlənilir.

Qeyd olunub ki, Türkiyə ilə Ukrayna arasında 3 fevral 2022-ci ildə imzalanan Azad Ticarət Sazişi Fidanın Kiyevə səfərindən bir gün əvvəl Ukrayna Parlamenti tərəfindən ratifikasiya edilib. Sənəd Zelenskinin imzasından sonra qüvvəyə minəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ