Bakının Nizami rayonunda parkda Türkiyə vətəndaşı qarət olunub.
Hadisə rayonunun Q.Qarayev prospekti, 74 ünvanında “Maklerlər parkı” adlanan ərazidə baş verib.
Türkiyə vətəndaşı Sarıgol Hüseyinə məxsus çanta gizli yolla oğurlaıb, nəticədə ona 10 manat miqdarında maddi ziyan vurulub.
Polis əməkdaşlarının apardığı araşdırmalarla həmin şəxs müəyyən edilərək saxlanılıb.
Müəyyən edilib ki, o, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən binalardan birinin həyətindən 350 manat dəyərində velosipedi gizli yolla oğurlayıb.
Oğurluğu törədən Ağdaş rayon sakini, 1978-ci il təvəllüdlü Adil Əsədovun (ad-soyad şərti verilib – red.) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə o, 1 ay müddətinə həbs edilib.
