Cənubi Amerikanı Antarktidadan ayıran Dreyk keçidində 8,0 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Argentinanın Toluin şəhərindən 722 kilometr şimal-qərbdə, Tierra del Fueqo adasında yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
ABŞ Hava Xidməti güclü zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
