Sizin reklam burada
Sizin reklam burada

Kremlədən Trampa cavab gəldi: Yalandır

Kremlədən Trampa cavab gəldi: Yalandır



Rusiya ABŞ-da seçki prosesinə müdaxilə ittihamlarını qətiyyətlə rədd edir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp xalqa müraciətində Rusiya, Çin, İran və Şimali Koreyanın "Amerika seçki sisteminə təhlükə yaratdığını" bildirmişdi.

Peskov jurnalistlərə bildirib:

"Rusiya ABŞ seçkilərinə heç bir şəkildə təsir etməyib... Biz bütün ittihamları rədd edirik, onları qətiyyətlə rədd edirik".

Onun sözlərinə görə, Rusiya heç vaxt başqalarının daxili işlərinə qarışmayıb və heç kimin Rusiya Federasiyasının daxili işlərinə qarışmağa çalışmayacağını gözləyir.[i][/i]

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ