Sizin reklam burada
Sizin reklam burada

Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi

Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi

NATO Rusiyaya qarşı mümkün hərbi toqquşma ssenarisinə hazırlaşır. Alyansın Baltikyanı ölkələrdə müdafiə tədbirlərini gücləndirdiyi, Almaniya və Niderlandın isə regiona qoşunların sürətli yerləşdirilməsi üzərində işlədiyi bildirilir.

Bu barədə Almaniyanın “Welt” qəzeti DPA agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Estoniya, Latviya və Litva Rusiya ilə sərhədləri boyunca müdafiə qurğuları inşa edir. Hərbçilər bunkerlər tikir, maneələr quraşdırır və pilotsuz sistemlər yerləşdirirlər. Eyni zamanda, Almaniya və Niderland regiona qoşunların operativ şəkildə göndərilməsinə hazırlaşır.

Bu məqsədlə hər iki ölkənin 70-dən çox generalı və yüksək rütbəli zabiti mümkün döyüş əməliyyatları ərazilərini öyrənmək üçün Baltikyanı ölkələrə gəlib.

Almaniya Quru Qoşunlarının müfəttişi Kristian Freydinq NATO qüvvələrinin say baxımından Rusiya ordusundan geri qala biləcəyini etiraf edib.

“Rusiya Silahlı Qüvvələri, ehtimal ki, bu regionda say baxımından bizi üstələyəcək”, - deyə general bildirib.

Onun sözlərinə görə, alyans pilotsuz uçuş aparatlarına qarşı mübarizəni, radioelektron müharibə imkanlarını və hərbi logistikanı təkmilləşdirməlidir. Bundan başqa, Almaniya ordusu uçuş məsafəsi 1500 kilometrədək olan qanadlı raketlərin alınması imkanlarını nəzərdən keçirir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ