Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Belarusun Qomel hava limanında humanitar missiya ilə bağlı görüş keçiriblər.
Bu barədə “Belarus bu gün” nəşri məlumat yayıb. Görüşə humanitar aksiyaya dəstək verən Belarus nümayəndələri də qoşulublar.
Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova Alеşki şəhərində qalan sakinlərə humanitar yardım göndəriləcəyini açıqlayıb.
Yardımın şəhərə çatdırılmasını təmin etmək və oranı tərk etmək istəyən sakinlərə imkan yaratmaq üçün ərazidə minatəmizləmə işləri aparılacaq.
