Sizin reklam burada
Sizin reklam burada

"Alman ödəmə üsulu" buna görə qadağan edildi

"Alman ödəmə üsulu" buna görə qadağan edildi

Məşhur “Alman ödəmə üsulu” artıq Almaniyanın bəzi restoranlarında tətbiq olunmur.

Bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

Məlumata görə, Esslingendə italyan restoranı işlədən Salvator Marrazzo qrup yeməklərində hər kəsdən ayrıca fərdi hesab istəməyin çətinliklərini vurğulayıb.

O, "Biz artıq qrup yeməkləri üçün fərdi hesabları bölməyəcəyik. Bu, bizim üçün əlavə yükdür" deyərək, alman üslubunda hesab ödəməni qadağan edib. Marazzo ən çox Baden-Vürtemberq və İsveçrə xalqından şikayətlənib: "Hətta hər adamın neçə qədəh şərab içdiyi barədə də mübahisə edilir və hesabı buna görə bölürlər".

Marrazzo yeni qadağaya hər hansı etiraz reaksiyası verilmədiyini bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ