Sizin reklam burada
Sizin reklam burada

Süni intellektdən ən çox qorxan ölkə sakinləri

 Süni intellektdən ən çox qorxan ölkə sakinləri

ABŞ və İtaliya sakinlərinin 50%-i gündəlik həyatda süni intellekt texnologiyalarının aktiv yayılmasından daha çox narahatdırlar.

Bildirilir ki, sözügedən iki dövlətin sakinləri şirkətin 25 ölkədə keçirdiyi sorğuda bu problemlə bağlı narahatlıq üzrə lider olublar.

Süni intellektin yayılmasından həmçinin Avstraliyada (rəyi soruşulanların 49%-i), Braziliyada (48%), Yunanıstanda (47%) və Kanadada (45%) çoxları narahatdır.

Bununla bağlı ən az narahat olanlar Cənubi Koreya (16%) və Hindistan (19%) sakinləridir.

Qeyd edək ki, "Pew Research Center" 2025-ci ilin mart ayında ABŞ, Böyük Britaniya, Almaniya, Keniya, İndoneziya, Türkiyə və Meksika daxil olmaqla 25 ölkədə sorğu keçirib.

Tədqiqatda 3 605 nəfər iştirak edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ