Sizin reklam burada
Sizin reklam burada

Cəhənnəm tapıldı, alimlər şokdadır - Yumurta qoxusu və 1900 dərəcə isti

Cəhənnəm tapıldı, alimlər şokdadır - Yumurta qoxusu və 1900 dərəcə isti


Britaniyalı astronomlar kosmosda tamamilə yeni kateqoriyaya aid olan "maye planet" kəşf ediblər.
"L98-59d" adlanan bu uzaq dünya tamamilə ərimiş lavadan ibarətdir.
Qeyd olunur ki, Yerdən təxminən 1,6 dəfə böyük olan və 35 işıq ili məsafədə yerləşən bu planet əvvəlcə su okeanı ilə örtülü sanılsa da, son analizlər hər kəsi şoka salıb. Oksford Universitetinin astrofiziki Harrison Nikolls bildirib ki, planetin hər tərəfi konsistensiyalı isti maqmadan ibarətdir.
Səthində temperaturun 1900 dərəcəyə çatdığı planetdə həyat əlaməti yoxdur. Atmosferi kükürd qoxusu ilə zəngin olduğu üçün orada hər tərəfə çürümüş yumurta qoxusu hakimdir. Qonşu planetlərin qravitasiya təsiri isə bu maqma okeanında nəhəng dalğaların yaranmasına səbəb olur.

  • Sosial şəbəkədə paylaş