İranın Sistan və Bəlucistan vilayətində SEPAH qüvvələri ilə silahlı qrup arasında toqquşma baş verib.
Hadisə Saravan şəhərində qeydə alınıb.
SEPAH-ın açıqlamasında bildirilib ki, qüvvələr terror aktı hazırlığında olan silahlı qrupla qarşılaşıb. Əməliyyat zamanı qrupun 4 üzvünün öldürüldüyü qeyd olunub.
Məlumata görə, günorta saatlarına qədər davam edən əməliyyat nəticəsində SEPAH-ın 3 əməkdaşı da həyatını itirib.
Əməliyyat zamanı qrupun gizləndiyi ərazidən silah, sursat və partlayıcı maddələr aşkarlanaraq götürülüb.
SEPAH bildirib ki, ölən silahlı qrup üzvlərinin sayının artacağı istisna edilmir.

