Moskvanın “Tulskaya” metro stansiyasında tüstülənmə baş verib.
Hadisə ilə bağlı “112” Telegram kanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, tüstülənmə “Prajskaya” stansiyası istiqamətində hərəkət edən qatarın vaqonlarından birində başlayıb.
“Ostorojno novosti” “Telegram” kanalı şahidlərə istinadən güclü tüstü səbəbindən stansiyada qalmağın qeyri-mümkün olduğunu bildirib. TASS-ın məlumatına görə, stansiyadan təqribən 250 nəfər təxliyə edilib.
Paytaxtın Nəqliyyat Departamenti “Serpuxovskaya”dan “Naqornaya”ya qədər hərəkətin olmadığı, eləcə də əks istiqamətdə intervalların artırıldığı barədə məlumat yayıb.

