Sizin reklam burada
Sizin reklam burada

Lənkəranlı həkim Rusiya-Ukrayna müharibəsində həlak oldu

Lənkəranlı həkim Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan Lənkəran sakini Vahab Quliyev həlak olub.

Lənkəran rayonunun Separadi kəndindən olan, 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev müharibənin başlamasından bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.

Xidməti müddətində iki dəfə yaralanan V.Quliyev müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb.

O, bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfin PUA-sının zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993–1994-cü illərdə dissertasiya işi hazırlayıb və Moskvada müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.

Vahab Quliyev 30 ildən artıq Ukraynada yaşayıb. O, Lənkəranın məşhur “Nənələr” folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur.

Hazırda onun meyitinin Azərbaycana gətirilərək doğulduğu Separadi kəndində dəfn olunması üçün tədbirlər görülür.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ