Sizin reklam burada
Sizin reklam burada

Nar şirəsi zavodunda kimyəvi sızma - 11 nəfər xəstəxanaya yerləşdirildi

Nar şirəsi zavodunda kimyəvi sızma - 11 nəfər xəstəxanaya yerləşdirildi

ABŞ-ın Kaliforniya ştatında “POM Wonderful” şirkətinin nar şirəsi istehsal edən zavodunda kimyəvi maddə sızması baş verib. Hadisə nəticəsində 58 nəfərə tibbi yardım göstərilib, onlardan 11-i xəstəxanaya aparılıb.

Şirkətin dövlət qurumlarına təqdim etdiyi məlumata görə, boru xəttində yaranan kiçik dəlikdən təxminən 3,8 litr təmizləyici məhlul sızıb. Maddənin buxarları ətrafa yayıldığından zavodun təxminən 150 əməkdaşı təxliyə edilib.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, kimyəvi maddə kanalizasiya sisteminə və su hövzələrinə qarışmayıb, ətraf sakinlər üçün təhlükə yaranmayıb. Boru xətti təmir edildikdən sonra zavodun fəaliyyəti bərpa olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ