Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan IV, VI və IX sinif şagirdləri üçün monitorinq keçirilib.
Monitorinqlərin keçirilməsində əsas məqsəd şagirdlərin qarşıdan gələn milli qiymətləndirmə və buraxılış imtahanlarına hazırlıq səviyyəsinin artırılması, fənlər üzrə bilik və bacarıqlarının mövcud vəziyyətinin müəyyənləşdirilməsi, zəif və güclü tərəflərin vaxtında aşkarlanması, nəticələrə əsasən tədris prosesində zəruri korrektiv tədbirlərin görülməsi, müəllim və məktəb səviyyəsində planlı dəstək mexanizmlərinin formalaşdırılmasıdır.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Şagird #Monitorinq
