Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2-6 mart tarixlərini əhatə edən Bədən tərbiyəsi və İdman həftəsi keçirilir. Tədbirlər planına uyğun olaraq idman həftəsində hər gün məktəblərdə səhər gimnastikası təşkil olunur.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, komanda ruhunun möhkəmləndirilməsi və idmana marağın gücləndirilməsidir.
Qeyd edək ki, həftə boyunca davam edəcək İdman həftəsi çərçivəsində ümumi təhsil müəssisələrində müxtəlif idman yarışlarının, maarifləndirici görüşlərin və sağlam həyat tərzinin təbliğinə həsr olunan digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #İdmanHəftəsi
