Sizin reklam burada
Sizin reklam burada

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil sektorunun müdiri Rəşid Məmmədovla bağlı ciddi və narahatedici iddialar ictimaiyyətə açıqlanıb

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil sektorunun müdiri Rəşid Məmmədovla bağlı ciddi və narahatedici iddialar ictimaiyyətə açıqlanıb

Məsələ ondadır ki, mənbələrin bildirdiyinə görə, Dövlət Qulluğu imtahanından keçməyən, Diaqnostik Qiymətləndirmədə cəmi 44 bal toplayan, idarəetmə üzrə əmək stajı olmayan bir şəxsin bu vəzifəyə necə təyin edildiyi və daha da önəmlisi, müqavilə müddətinin niyə uzadıldığı sual doğurur.
İddialara əsasən, sözügedən şəxs işlədiyi dövrdə ciddi nöqsanlara yol verdiyinə görə rəsmi xəbərdarlıq almasına baxmayaraq, onunla bağlı heç bir hüquqi nəticə çıxarılmayıb. Bu isə qanunun selektiv tətbiqi şübhəsini gücləndirir.
Daha ağır iddialar da var. Belə ki, vəzifəyə rüşvət yolu ilə təyin olunma ehtimalı gündəmə gətirilir. Əgər bu iddialar doğrudursa, sual açıq qalır:
Nəyə görə bu vəzifə Dövlət Qulluğu üzrə vakansiyaya çıxarılmayıb?
Hansı əsasla qanuni prosedurlar kənara qoyulub?
Bununla yanaşı, Məmmədovun Facebook sosial şəbəkəsində saxta (fake) profillərdən istifadə edərək tabeliyində çalışan işçilərin şərəf və ləyaqətini alçaltdığı iddia olunur. Bu cür davranışlar təkcə etik normaların deyil, həm də əmək münasibətlərinin kobud şəkildə pozulması deməkdir.
İddialara görə, təhsil sektoruna məxsus bina faktiki olaraq qeyri-rəsmi tədris məkanına çevrilib, iş vaxtı isə şagirdlərdən pul qarşılığında məşğələlər keçirildiyi bildirilir. Bu faktlar təsdiqini taparsa, söhbət artıq vəzifə səlahiyyətlərindən sui-istifadədən gedir.
Eyni zamanda, sektor daxilində əmək intizamının sistemli şəkildə pozulduğu, işçilər arasında açıq ayrı-seçkilik yaradıldığı da vurğulanır. Bu isə təhsil mühitində sağlam idarəetməni mümkünsüz edir.
Ortaya çıxan bu qədər sual və iddia fonunda Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, eləcə də Elm və Təhsil Nazirliyinin mövqeyi cəmiyyət üçün son dərəcə maraqlıdır.
Məsələ araşdırılacaqmı, yoxsa növbəti dəfə də ört-basdır ediləcək?
Redaksiyamız mövzunu diqqətdə saxlayır və rəsmi qurumların mövqeyini dərc etməyə hazırdır.

Aran Media

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ