Sizin reklam burada
Sizin reklam burada

Peşəkar rəhbər və nümunəvi təşkilatçı- Məhəmməd Musayev

Peşəkar rəhbər və nümunəvi təşkilatçı- Məhəmməd Musayev

Məhəmməd Musayev təkcə bacarıqlı rəhbər deyil, həm də kollektivinə dəyər verən, əməkdaşlarının qayğılsrı ilə maraqlanan insanpərvər və vətənpərvər bir şəxsiyyət kimi tanınır

Ölkəmizdə yol infrastrukturunun inkişafı, yolların müasir tələblərə uyğun qurulması və istismarı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə çalışan rəhbər şəxslərin peşəkarlığı və məsuliyyətli fəaliyyəti isə görülən işlərin keyfiyyətinə birbaşa təsir göstərir. Belə nümunəvi rəhbərlərdən biri də “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Məhəmməd Musayevdir.

Məhəmməd Musayev uzun illərdir yol təsərrüfatı sahəsində səmərəli fəaliyyəti ilə tanınan, zəhməti və məsuliyyətli yanaşması ilə kollektivin və ictimaiyyətin hörmətini qazanan rəhbərlərdən biridir. O, rəhbərlik etdiyi müəssisədə işin düzgün təşkilinə, əmək intizamının qorunmasına və kollektiv arasında sağlam iş mühitinin formalaşmasına xüsusi diqqət yetirir. Onun idarəçilik bacarığı sayəsində müəssisədə həyata keçirilən layihələr yüksək keyfiyyətlə və vaxtında icra olunur.

Direktor Məhəmməd Musayev yol infrastrukturunun yaxşılaşdırılması, mövcud yolların saxlanılması və təhlükəsizliyinin təmin olunması istiqamətində daim fəal çalışır. Onun rəhbərliyi altında kollektiv yolların təmiri, mövsümi baxım işləri və digər mühüm texniki tədbirləri yüksək məsuliyyətlə həyata keçirir. Bu fəaliyyət nəticəsində vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mühüm şərait yaradılır.

Məhəmməd Musayev təkcə bacarıqlı rəhbər deyil, həm də kollektivinə dəyər verən, əməkdaşlarının qayğıları ilə maraqlanan insanpərvər bir şəxs kimi tanınır. O, işçilərin sosial rifahının yaxşılaşdırılmasına, onların peşəkar inkişafına və iş şəraitinin daha da təkmilləşdirilməsinə daim diqqət yetirir. Bu səbəbdən kollektiv arasında böyük hörmət və etimad qazanıb.

Vətənə və dövlətə sədaqət prinsipləri Məhəmməd Musayevin fəaliyyətində əsas istiqamətlərdən biridir. O, hər zaman dövlətimizin inkişafına töhfə verməyi, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi özünə borc bilir. Onun vətənpərvər mövqeyi, məsuliyyətli fəaliyyəti və prinsipiallığı gənc nəsil üçün də nümunə hesab olunur.

Bu gün “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC Məhəmməd Musayevin rəhbərliyi ilə öz fəaliyyətini uğurla davam etdirir və ölkəmizin yol infrastrukturunun inkişafına töhfə verməkdədir. Peşəkarlığı, zəhmətkeşliyi və təşkilatçılıq bacarığı ilə seçilən Məhəmməd Musayev öz sahəsində nüfuzlu rəhbərlərdən biri kimi tanınır.

Belə rəhbərlərin fəaliyyəti göstərir ki, ölkəmizin inkişafı naminə çalışan, işinə məsuliyyətlə yanaşan insanlar dövlətimizin ən böyük dəyəridir. Məhəmməd Musayev də məhz bu dəyərləri öz fəaliyyətində yaşadan, kollektivini uğurlara aparan nümunəvi rəhbərlərdən biridir.

  • Sosial şəbəkədə paylaş