Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü

Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü


Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb.

Məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynləri uşağı xəstəxanaya aparıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, Hatice Serranı xilas etmək mümkün olmayıb.

Qızın anesteziyadan sonra vəziyyətinin pisləşdiyi iddia olunur. Onun dəqiq ölüm səbəbi aparılacaq məhkəmə tibi ekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Hadisə ilə bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ