ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyadakı neft emalı zavodlarına edilən zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini bildirib.
Tramp bu barədə İllinoysda jurnalistlərə bildirib:
“Bu, maraqlı məsələdir. Mən Prezident Zelenski ilə danışdım və dedim ki, o, neft emalı zavodlarına zərbə endirməkdə daha az aqressiv olmalı idi".
Trampın sözlərinə görə, Zelenski cavabında "yəqin ki, edəcəyik" deyib. ABŞ prezidenti bu mövzu ilə bağlı söhbətinin nə vaxt baş tutduğunu dəqiqləşdirməyib. O, qlobal dizel yanacağı çatışmazlığına səbəb olanların Yaxın Şərqdəki hadisələr deyil, məhz bu zərbələr olduğu fikrini bir daha təkrarlayıb.
