“O özünü bibimin dayısı qızı kimi təqdim edir. Amma bu belə deyil. Atamdan soruşuram ki, Samirə Yusifqızı ilə necə qohumsuz? Deyir ki, o kimdir elə?”..
Moderator.az əməkdaşı məsələ ilə bağlı müğənni Samirə Yusifqızı ilə əlaqə saxlayıb.
“Mən elə bir insan tanımıram, tanımaq da istəmirəm. O kimdir ki, mən onunla dava-dalaş edib, dartışıb-çarpışım? Bəlkə də özünü reklam etmək istəyir, amma mən elə adam tanımıram. O məni tanımırsa tanımasın, tanıyanlar var. Əsli-əcdadı var, atası var. Atası Zakir bilir ki, mən kiməm, anası Amilla bilir mən kiməm? Getsin malına-mülkünə sahib olsun, otursun yerində. O, bu dəqiqə bunun üçün çarpışır. Səfurə İbrahimova qohumdur, qohum olaraq qalıb və qohum kimi də getdi. Allah rəhmət etsin, ruhu şad olsun” - deyə müğənni bildirib.
