Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində yanvar ayı - “Yaradıcılıq – musiqi, texnologiya və təsviri incəsənət fənn aylığı” olaraq qeyd olunur.
Aylığın keçirilməsində əsas məqsəd:
Şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması,
Estetik zövqünün formalaşdırılması ,
İnnovativ düşüncə bacarıqlarının inkişaf etdirilməsi,
Sənət və texnologiyaya marağın artırılmasıdır .
Tədbirlər planına əsasən, məktəblərdə aşağıdakı fəaliyyətlər təşkil ediləcək:
Rəsm və əl işləri sərgiləri ,
Musiqili təqdimatlar və çıxışlar ,
Texniki və innovativ layihələrin nümayişi ,
Yaradıcılıq emalatxanaları və ustad dərsləri ,
Rəsm və dizayn müsabiqələri .
Əlavə olaraq, müəllim və valideynlərin birgə iştirakı ilə həyata keçirilən tədbirlər, məktəb-ailə əməkdaşlığının möhkəmləndirilməsinə də mühüm töhfə verəcəkdir .
Bu fəaliyyətlər həmçinin istedadlı uşaqların üzə çıxarılmasına və onların cəmiyyətə tanıdılmasına şərait yaradacaq
